Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

Millətin SƏSİ

Axtarış

Arxivlər

Keçidlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 1169
  • Dünənki hit: 22
  • Bugünki hit: 2
  • Ümumi hit: 3978

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

"Vətəndaş" Xəbər Bülleteni

Yüksələn Bayrağ Bir Daha Enməz

Daha 5 nəfər milli hərəkat fəalı Marağa İnqilab məhkəməsinə çağırıldı

Millətin SƏSİ İyul 26, 2008 10:16
Güney Azərbaycandan verilən məlumata görə, Marağa inqilab məhkəməsi 5 nəfər milli hərəkat fəalı Yaşar Həkkapur, Davud Əzimzadə, Hamid Yeganəpur, Məcid Pejevhfam və Əlirza Həqqini məhkəməyə çağırıblar.
Çağırılan milli hərəkat fəalları bundan öncədə İnqilab məhkəməsinə çağırılmış, lakin onlara qarşı ittihamlar sübuta yetirilməmişdir.
Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:33 İyul 26, 2008 10:16

TƏBRIZ UNIVERSITETINDƏ NƏŞR OLUNAN “SƏTTƏRXAN” ADLI TƏLƏBƏ DƏRGISINƏ QADAĞA QOYULDU

Millətin SƏSİ İyul 26, 2008 10:16
Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycan Universitetlərindəki olaylarla bağlı ardıcıl məlumat verilir. Hakimiyyət nümayəndələri universitetlər daxilindəki problemləri aradan götürmək məqsədilə bütün təzyiq və həbs, işgəncələrlə yanaşı tələbələrin hazırlayıb nəşr etdiyi dərgiləri də bağlamaq qərarına gəlib. Səttərxan dərgisi Təbriz Universitetinin tələbələrini milli və mədəni irsini qoruyub saxlayan dərgilərdən hesab olunur. Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:43 İyul 26, 2008 10:16

Təbrizli hüquq müdafiəçisi Həmid Valayinin harda olduğu bəlli deyil

Millətin SƏSİ İyul 26, 2008 10:15

Güneydən daxil olan məlumata əsasən bu yaxınlarda Təbriz ETTELAAT idarəsinə çağırılaraq və həmin yerdən naməlum yerə göndərilən hüquq müdafiəçisi Həmid Valayinin vəziyyətindən heç bir xəbər əldə etmək mümkün deyil. Heç bir ittiham və məhkəmə qərarı olmadan həbs edilən Həmid Valayi Təbriz Universitetinin hüquq fakültəsinin məzunudur və məhkəmə orqanlarında vəkillik etmək üçün sınaq imtahanlarından uğurla çıxsa da ETTELAAT tərəfindən onun qarşısı alınmışdır.

Milli haqq və hüquqları uğrunda hər zaman vəkillik edən Həmid Valayi milli fəaliyyətinə görə həbs edildiyi hamı üçün bəllidir. Onun durumundan nigaranlıq keçirən ailə üzvləri və milli hərəkat fəalları beynəlxalq təşkilatlara müraciət ünvanladığını bildirirlər.


Bookmark and Share
Şərhlər(0) Baxış sayı:37 İyul 26, 2008 10:15

İraqda gedən proseslərdə Türkmənlərə tikilən börk!

Millətin SƏSİ İyul 25, 2008 10:10
 İraqın işqalından sonra istər istəməz gizli gərçəklərdə ortay çıxdılar. İlk olay bu oldu ki İraqda 3 güclü bölüm yarandı: 1- Şiələr, 2- Sünnilər və 3- Kürdlər!

    Bu bölmələein yaranışında ən önəmli rolu onların daha öncədən hazırlıqli olmalari olubdur. Şiələr hərzaman İraqda hazır olublar və sayılarida çoxdur, terror aktlarından uzaq durmayıblar, Sünnilər hüküməti ələ geçirərək illər boyu bir tərəfli gücə sahib olublar, terror aktlarından uzaq durmayıblar, Kürdlər həmdə sünni olduqlarına görə daha çox yararlanan bölüm olublar, terror aktlardan uzaq durmayıblar!

    Yani ki, terrorla məşğul olan, qorxu yaradan və siyasi al-verin yolun bilmək İraqın güc sahibi olan parçalara bölünməsində önəmli rol oynayıbdır. Ama, nədən Türkmənlar, Aşurilər və başqa etnik quruplari bu güc paylaşımına daxil olmayıblar?

    Türkmənlərin min illərcə sahib olub yaşadıqlari bölgələri Kürdləşdirmək prosesi illərdir start vurulub, 2003-ci ildənsə bu proses aşkarcasına hız qazanıb.

    Son günlərdə İraqda rayonlarda önərilən seçki qanunu veto edilib. Bu qanuna rədd cavab verənlər Kürdlər və Sünnilər olublar! Kürd elə Sünni olaraqda gücdə pay almaqdadır, yani Kürd partiyaların iki tərəfdən İraqda manevralara naiyliyətləri vardır. Ama, bu üçlü güc paylaşımında Türkmənlərə nədən zülm olunub?
Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:27 İyul 25, 2008 10:10

ETTELLAT tuğyan edir

Millətin SƏSİ İyul 25, 2008 10:09
TƏBRİZİN SƏHƏND UNİVERSİTETİNİN İKİ TƏLƏBƏSİ TUTULUB

    ETTELAAT-ın Təbrizdəki idarəsinin əməkdaşları Səhənd Universitetinin iki fəal tələbəsini - Peyman Qulami və Əli Abdullazadəni yaşadıqları mənzillərdən tutub aparıblar.
   «Media forum» saytı güney mənbələrinə istinadla bildirir ki, hadisə iyulun 21-də baş verib. Tələbələr ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ölkə rəhbərlərini «monqol» adlandıraraq təhqir etməkdə, din əleyhinə təbliğat aparmaqda, universitet mühitini siyasiləşdirməyə cəhd göstərməkdə günahlandırılırlar.
P.Qulami Səhənd Universitetində elektrik mühəndisliyi, Ə.Abdullazadə isə tibb mühəndisliyi ixtisası üzrə təhsil alır.
Onların hazırda harda saxlandığı bilinmir.

Bookmark and Share
Şərhlər(0) Baxış sayı:35 İyul 25, 2008 10:09

Farsın apardığı çirkin siyasət

Millətin SƏSİ İyul 25, 2008 10:08
İnsan hüquqlarından danışan İran adlanan ölkədə insanı Azərbaycan bayrağını qaldırdığı üçün həbs edirlər

İyulun 22-də İranın Rəşt şəhərində həbs olunan azərbaycanlıların milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədini iyulun 23-ü səhər Rəşt İnqilab Məhkəməsinə aparıblar.
Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.
Cənab Əsədini toyundan iki həftə sonra həbs ediblər. Ailə üzvləri bu gün məhkəmədə iclasın keçirilib-keçirilmədiyindən, hansı ittihamların irəli sürülməsindən xəbərdar deyil.
«Bilmirik. Gəldilər, saat yeddiyə yaxın idi, qapını vurdular, kağız göstərdilər ki, icazəmiz var. Dörd nəfər içəri girdi, ikisi qapıda qaldı çöldə…»
Vədud Əsədinin bacısı Süməyya Əsədi həbs zamanı axtarış aparıldığını və Azərbaycan dilində, türklərin tarixinə dair kitabların, CD və kompüterin də müsadirə olunduğunu deyir.
Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:47 İyul 25, 2008 10:08

İran adlanan yerin ETTELLAT adlanan qurumu Güneyli tələbələrə təzyiq kampaniyasını davam etdirir

Millətin SƏSİ İyul 24, 2008 15:15
 

Urmiyə Universitet tələbəsi İlahə Radmehrdə təzyiqlərlə üzləşib

Urmiyə Universitetinin şəhərsalma kafedrasının axırıncı kurs tələbəsi İlahə Radmehr Universitetin təhlükəsizlik komitəsinin təzyqilərinə məruz qalıb.

Qeyd edək ki, Təbriz Universitet tələbələrinin Təhlükəsizlik komitəsi tərəfindən təhsildən məhrum edilmə qərarına etiraz edən Güney Azərbaycanın bütün universitet tələbələrinin içərisində Urmiyə Universitetinin 97 tələbəsi aktiv surətdə tələbələrə qarşı təzyiqlərin dayandırlmasını tələb edənlərin içərisində İlahə Radmehr Universitetin Təhlükəsizlik komitəsinin təhdidlərilə yanaşı ağır təzyiqlərə məruz qaldığı bildirilir.

Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:32 İyul 24, 2008 15:15

Güney Azərbaycanda həbslər davam edir

Millətin SƏSİ İyul 24, 2008 9:44

Bildirilir ki, İran adlanan yerin ETTELAAT-I tərəfindən milli hərəkatçılara qarşı repressiyaları daha da gücləndirilib


Güney Azərbaycandan VHP.AZ ötürülən bilgiyə gərə, Güney Azərbaycanın iri şəhərlərində tələbə həbsi davam edir. İran adlanan yerin ETTELLAT-ının baş bilənləri Güneyli Milli Hərəkatçıları, xüsusən tələbələri şərləyərək həbs edib, gizli həbsxanalara ataraq onlara təzyiq edirlər.

Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:27 İyul 24, 2008 9:44

Ağdamın işğalından 15 il ötür

Millətin SƏSİ İyul 23, 2008 11:20


AĞDAMSIZ DAHA BİR İLİ ARXADA QOYDUQ

Ağdam rayonunun işğalından 15 il ötür. Ağdam 1993-cü il iyul ayının 23-də terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı,Sarıcalı, Qiyaslı və Muradbəyli kəndərinin işğal edərək Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə iğöal olunub. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi. Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi. Erməni hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edilib.122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi , 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib. Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək,bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər. Erməni təcavcüzündən xilas olan azərbaycanlılar bu gün ölkəmizin 48 bölgəsində yerləşdirilmiş çadır şəhərcikləriində məskulaşıblar.

Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:29 İyul 23, 2008 11:20

Ərdəbildə daha bir tələbə həbs olundu, ETTELLAT-ın təzyiqləri daha da artıb

Millətin SƏSİ İyul 23, 2008 11:19
Milli Fəal Vədud Əsədi evində tutularaq bəlli olmayan yerə aparılıb

    Savalansəsi xəbər verir ki Ərdəbil azad biliyurdunun islam əncüməninin əski başqani Vədud Əsədi binməyən nədənlərə görə, Rəşt şəhərində tutulub. Onu öz evindən tutaraq bəlli olmayan yerə aparıblar.
Davamı...
Bookmark and Share
Şərhlər(0) Baxış sayı:38 İyul 23, 2008 11:19

  Yazılar cəmi: 33    Sonrakı səhifə »
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com